“Bakıda qələbə qazanmaq mənim üçün çox önəmli idi” - Ferstappen

Hazırda oxunan: “Bakıda qələbə qazanmaq mənim üçün çox önəmli idi” - Ferstappen

271643

Bakı həmişə çox mürəkkəb və gözlənilməz tras olub. Yarış ərzində yüksək tempi qorumaq asan deyildi, amma komanda mükəmməl iş gördü.

Bizim.Media xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi olan “Red Bull” komandasının üzvü Maks Ferstappen deyib.

Niderlandlı sürücü bolidinin çox yaxşı vəziyyətdə olduğunu bildirib: “Bakıda qələbə qazanmaq mənim üçün çox önəmli idi. Yarışın gedişində bir an belə diqqəti əldən vermək mümkün deyildi. Yarışa yaxşı başladım və bu, belə də davam etdi”.

Sürücü uğurlu nəticəyə görə komandasına təşəkkür edib: “Komandamın hər bir üzvünün bu uğurda rolu var. Bolidin vəziyyəti məni çox rahatlatdı. Gücümü tam göstərə bildiyim üçün sevincliyəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin