Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

Hazırda oxunan: Formula 1: Onun nəticəsi ləğv edildi - RƏSMİ

271582

Esteban Okon texniki səbəbdən sıralama turunun nəticələrindən silinib.

"Alpin" komandasının pilotu Esteban Okon Azərbaycan Qran-Prisinin sıralama turundan sonra protokoldan kənarlaşdırılıb.

Bizim.Media xəbər verir ki, fransalı sürücünün bolidi sessiya bitdikdən sonra texniki baxışdan keçməyib.
 

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) açıqlamasına əsasən, Okonun maşınının arxa qanadı əyilmə testindən uğursuz çıxıb və normadan artıq elastik olduğu müəyyən edilib.


Bu qərara əsasən, Okon bugünkü yarışa start düzülüşünün ən sonuncu - 20-ci pilləsindən başlayacaq. Halbuki o, sıralama turunu 18-ci yerdə tamamlamışdı.

Xatırladaq ki, sıralama turunun qalibi "Red Bull" komandasının sürücüsü Maks Ferstappen olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin