Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıqlar çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.
Bu barədə Bizim.Media-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, paddok hər zamankı kimi Neftçilər prospekti, Hökümət evinin qarşısında quraşdırılır.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.
Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025, 19-21 sentyabr tarixlərində baş tutmaqla Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.
Bizim.Media

- A-
- A
- A+
Formula 1
13:35 / 06.03.2025
Bakıda "Formula 1"lə bağlı hazırlıqlara START VERİLDİ
Hazırda oxunan: Bakıda "Formula 1"lə bağlı hazırlıqlara START VERİLDİ
Hazırda oxunan: Bakıda "Formula 1"lə bağlı hazırlıqlara START VERİLDİ
237969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.