Bu, karyeramın ən yaxşı yarışlarından biri oldu.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi olan "McLaren" pilotu Oskar Piastri deyib.
MÖVZU İLƏ BAĞLI:
“Formula 1” Azərbaycan Qran-Prisi başa çatdı: Oskar Piastri birinci oldu - FOTO
23 yaşlı sürücü son dövrələrin onun üçün bir az rahat keçdiyini bildirib:
"Hazırda Konstruktorlar kubokunda liderik. 12 ay əvvəl belə nəticələr mümkün deyildi. Bu, böyük komanda işidir".
Bizim.Media