“Formula 1” Azərbaycan Qran-Prisi başa çatıb.
Bizim.Media xəbər verir ki, “McLaren” komandasının pilotu Oskar Piastri birinci olub.
“Ferrari”nin polotu Şarl Lekler ikinci, “Mercedes”in pilotu Corc Rassel isə üçüncü olub.
Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler finişə hamıdan tez çatıblar.
Ötən gün təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, sıralama turunda isə Şarl Lekler imza atıblar.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Həmilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.
Bizim.Media
- A-
- A
- A+
Formula 1
16:44 / 15.09.2024
“Formula 1” Azərbaycan Qran-Prisi başa çatdı: Oskar Piastri birinci oldu - FOTO
Hazırda oxunan: “Formula 1” Azərbaycan Qran-Prisi başa çatdı: Oskar Piastri birinci oldu - FOTO
Hazırda oxunan: “Formula 1” Azərbaycan Qran-Prisi başa çatdı: Oskar Piastri birinci oldu - FOTO
211581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.