"Formula 1" üzrə Avstriya Qran-prisini Corc Rassel qazandı

Hazırda oxunan: "Formula 1" üzrə Avstriya Qran-prisini Corc Rassel qazandı

199803

"Formula 1" üzrə Avstriya Qran-prisinin qalibi "Mersedes" komandasının pilotu Corc Rassel olub.

Bizim.Media xəbər verir ki, böyük britaniyalı pilotun qələbəsi "Red Bull"dan Maks Ferstappen və "Maklaren"dən Lando Norrisin idarə etdiyi avtomobillərin toqquşmasından sonra rəsmiləşib.

"Spilberq" trasında baş tutan yarışın yekun nəticələrinə görə ikinci pilləni digər "Maklaren" pilotu Oskar Piastri tutub. İlk "üçlüy"ü isə "Ferrari" komandasının üzvü Karlos Sayns qapayıb. Ötən gün baş tutan sıralama turunun qalibi Maks Ferstappen isə beşinci olub.
Qeyd edək ki, "Formula 1"in növbəti mərhələsi iyulun 5-dən 7-nə qədər Böyük Britaniyada keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin