Formula-1-də Səudiyyə Ərəbistanı qran-prisinin qalibi məlum oldu

Hazırda oxunan: Formula-1-də Səudiyyə Ərəbistanı qran-prisinin qalibi məlum oldu

181907

Formula 1 üzrə dünya çempionatının ikinci mərhələsi geridə qalıb. 

Bizim.Media xəbər verir ki, Səudiyyə Ərəbistanında da Bəhreyndə olduğu kimi Maks Ferstappen qələbə qazanıb. Niderlandlı pilot təsnifat mərhələsində qazandığı birinci yerə görə ilk sıradan start alaraq çətinlik çəkmədən finiş xəttini birinci keçib. 

Yarış başladıqdan 6 dövrədən sonra “Aston Martin” komandasının üzvü Lens Stroll asılqanını qırıb. Nəticədə kanadalı sürücü idarəetməni itirərək divara çırpılıb. Bu qəza təhlükəsizlik maşının trassa daxil olması ilə nəticələnib. Məhz bu zaman Ferstappen müəyyən qədər liderlikdən məhrum olub. Belə ki, pilotların əksəriyyəti təkər dəyişmək üçün pit-stopa yollandığı halda, Lando Norris bunu etməyib. Nəticədə ingilis sürücü bir neçə dövrəliyinə peletona başçılıq edib. Təhlükəsizlik maşınının trassı tərk etməsindən bir neçə dövrədən sonra Maks Ferstappen Lando Norrisi ötərək yenidən liderliyi ələ alıb.

Bir qədər sonra onun komanda yoldaşı Serxio Peres də ötmə edərək ikinci pilləni zəbt edib. Sona qədər ciddi bir hadisə baş verməyib. Podiumun son pilləsini “Ferrari”dən Şarl Lekler tutub. Onun komanda yoldaşı Oliver Birman 7-ci olub.

Beləliklə, ardıcıl 9-cu qələbəsini qazanan Maks Ferstappen turnir cədvəlində liderdir. Onun aktivində 51 xal var. “Red Bull” isə ardıcıl iki yarışda dubl edərək Mühəndislər Kubokunda birinci yerdədir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin