Aprelin 28-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri – "Formula 1" Azərbaycan Qran-prisi start götürüb.
Bizim.Media xəbər verir ki, "Formula 1" üzrə dünya çempionatının növbəti mərhələsi – Azərbaycan Qran-prisi çərçivəsində aprelin 28-30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi təşkil olunub.
"Formula 1"in fan zonasında keçirilən sərgidə müxtəlif illərə aid klassik avtomobillər nümayiş etdirilir və izləyicilər yarış günlərində sərgini maraqla izləyirlər.
AAF-ın avtomobil həvəskarlarına daha bir sürprizi aprelin 30-na təsadüf edəcək. Belə ki, "Formula 1"in yarış halqasında (trek) klassik avtomobillərin yürüşü təşkil olunacaq. Yürüşdə 30-a yaxın klassik avtomobil iştirak edəcək.
Bizim.Media