Visla sahillərində seks-turizm: Polşa Avropanın Tailandına çevrilib...

Hazırda oxunan: Visla sahillərində seks-turizm: Polşa Avropanın Tailandına çevrilib...

613810
"Varşava, Krakov və Qdansk kimi şəhərlər seks-turistlərlə doludur..."
 
"Böyük şəhərlərdə əyalətlərdən olan tələbə qızlar üçün əcnəbi ilə görüş həyatlarında parlaq hadisədir..."
 
"Polşaya təkcə avropalılar deyil, hindular, asiyalılar, latınamerikalılar da can atır..."
 
"Polşada matriarxat hökm sürdüyündən kişilər bunun qarşısını almaqda acizdir..."
 
Polşa xaricilərin yüngül seks münasibətləri üçün ən uyğun hesab etdikləri ölkələrdən biridir.
 
Moderator.az xəbər verir ki, bu barədə Polşanın "Salon 24" nəşri yazıb.
 
Polşa qadınları əlçatan adını qazanıb. Öz ölkələrində nikah bazarında şansları az olan kişilər öz gücünü Visla sahillərində sınayır.
 
Ortastatistik əcnəbidən ağ rəngli Avropa qadınları ilə sekslə məşğul olmağın hansı ölkədə asan olması barədə soruşularsa, əksəriyyəti xəritədə Avropanın şərq hissəsini göstərəcək.
 
Bir çoxları üçün bu regionun qadınları ən əlçatanlardandır. Bu reytinqdə ən yüksək mövqeyə malik olan ölkə Polşadır. Şengen zonasında yerləşməsi, rahat aviaəlaqənin olması və əhalisinin sayı Polşanı ən populyar istiqamətə çevirib.
 
Bu populyarlıq 90-cı illərin sonu-2000-ci illərin əvvəllərində tədricən inkişaf etməyə başlayıb. O zaman Polşaya əsasən almanlar gəlib diskoteka və klublarda əylənib. Orta almanla polyak arasında təzad o qədər çox olub ki, hətta Folsburqdakı "Folksvagen" zavodundan olan orta fəhlə Polşada özünü gənc Allah kimi hiss edə bilərdi.
 
O illər polyak kişilər Polşadan çıxmaq üçün istənilən imkandan istifadə edib. Ona görə də almanlar gənc Polşa qadınlarının lütfündən yararlanaraq onları asanlıqla yatağa çəkə bilib.
 
Lakin bu "istirahət" növü Polşanın 2004-cü ildə Avropa İttifaqına, 2007-ci ildə Şengen zonasına qəbul edildikdən sonra kütləvi hal alıb. Bir çox Avropa ölkələrinə çoxsaylı aviaəlaqələr nizama salınıb. Burada fəal Polşa mühacirəti səbəbindən Böyük Britaniya ön yerdə olub. İngilislər və şotlandlar Visla sahillərinə qruplarla uçmağa başlayıb. Bəzən Polşada əcnəbiləri uçuz pivə və yüngül əxlaqlı qadınların gözləməsi barədə lətifələr yayılıb. Krakov, Varşava və ya Qdansk kimi şəhərlər seks-turistlərlə dolub. 
 
Maraqlıdır ki, Britaniya fəhlə sinfinin nümayəndələri iddialı Polşa tələbə qızları və ya ali məktəb məzunları ilə asanlıqla münasibətlər qura bilib. O illər bunun üçün çox səylərə ehtiyac olmayıb. Böyük şəhərlərdə gənc qadınlar çox olub, çünki 2005-2010-cu illərdə ali təhsilin polulyarlığı pik həddə çatıb. Gənc Polşa qızları tanışlığın ilk günündəcə özlərini əcnəbi turistlərə hədiyyə edib. Bu, otellərdə, bəzən hətta plenerdə baş verib.
 
Polşa gözəlçələri və Polşanın populyarlığı bütün dünyaya yayılıb. Bu hadisənin miqyası ildən-ilə artmaqda davam edib, otellərin bir çox barmen və ya administratorları bu mövzuda maraqlı kitablar yaza bilərdi. Bunun əvəzinə Polşa və polyak qızlarına həsr edilmiş çoxsaylı məlumat kitabçaları üzə çıxıb. Burada hansı şəhərlərə getmək, hansı klubları ziyarət etmək barədə məlumatlar verilib. 
 
Beləliklə, ən yaxşısı çoxsaylı tələbə qızların olduğu böyük şəhərləri ziyarət etmək olub. Polşanın seks-turizm paytaxtı ölkənin keçmiş paytaxtı Krakov şəhəridir. Mümkündür ki, orada əyalətlərdən gələn tələbə qızlar çoxdur, onlar üçün əcnəbi ilə görüş həyatlarında parlaq hadisədir. Krakovda kəndlərdən gələn gənc qızlar asan hədəfə çevrilir. Başqa şəhərlərdə də vəziyyət oxşardır. 
 
Seks-turizm akademik mərkəzlər olan iri şəhərlərdə inkişaf edir. Britaniyalılar çoxdandır Krakov PUB-larında sanki qeydiyyatdadır. Öz növbəsində almanlar Vrotslav şəhərini sevib, skandinavlar isə Qdanska üstünlük verir. 
 
Sosial şəbəkələrin populyarlığı artdıqca, Polşanın tanışlıq bazarı barədə məlumat bütün  dünyaya yayılıb. İndi Polşaya təkcə Avrpopa kişiləri can atmır. Visla sahillərinə hindular, asiyalılar və latınamerikalılar üz tutur. Polşada onların seks və ya ağ rəngli qadınla münasibət qurmaq üçün maksimal şansları var. Polşa qadınlarına yüngül əxlaqlı damğası vurulub. Bu, "Tinder" və "Badoo" qlobal tanışlıq saytları vasitəsilə mümkün olub. 
 
Bir çox illər ərzində əcnəbilər Polşaya "hər şeyə hazırına" gediblər. Onlar internerdə Polşa qadınları ilə tanış olur, razılaşır, yalnız bundan sonra uçub gedirlər. Polşanın seks-turizm ölkəsi olduğu azacıq şübhə doğurmur. Bizi Tailanddan və ya Kolumbiyadan fərqləndirən qırmızı fənər məhəllərinin olmamasıdır. Polşada qadınları PUB-larda və klublarda axtarmaq lazımdır.
 
Polşa qadınlarının sayəsində Polşa əlçatan qadınlar ölkəsi adını qazanıb. Ölkədə matriarxat hökm sürdüyündən kişilər buna heç cür müqavimət göstərə bilmir. Məsələn, Türkiyə və ya Bolqarıstanda bu, mümkün deyil, baxmayaraq ki, hər ikisi turist ölkəsidir.
 
Polşada isə əcnəbilər polyak kişilərin üzünə gülür ki, onların qadınları "sağa-sola" gəzir. Bu, Polşa cəmiyyətinin daxildə nə qədər deqradasiya olunduğunu göstərir. Əgər qadınlar əcnəbiləri öz həmvətənlərindən üstün tutursa, mənəvi düşkünlük göz önündədir.
 
Amma Polşa kişiləri seks-turist qadınlarına bel bağlaya bilməz, çünki belə hallar, sadəcə, mövcud deyil. Polşa Türkiyə və ya İspaniya deyil, orada gənc qadınlar özlərinə məşuqə axtarır. Polşanın tanışlıq bazarı bütün hallarda kişilər üçün xoşagələn deyil. Qloballaşma dönəmində isə seks-turizm yalnız genişlənəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin