"Qardaşım Tahir Salahov üçün çox darıxıram, birgə xatirələrimizi heç unutmuram..."

Hazırda oxunan: "Qardaşım Tahir Salahov üçün çox darıxıram, birgə xatirələrimizi heç unutmuram..."

602593
“Atamı xalq düşməni kimi həbs edib, məhkəməyə çıxarıb, 15 dəqiqə sonra güllələyiblər”
 
 
“Miniatür kitab muzeyinə ölkəmizdə gələnlərin sayı əcnəbi ziyarətçilərlə müqayisədə çox azdır. Onları muzeylər maraqlandırmır. Xaricdən xüsusilə Bakıya uçurlar ki, gəlib bu kitabları görsünlər. Bizim insanları kitab yox, bazar-dükan, restoran maraqlandırır. Bəzən mənə sual verirlər ki, kitabı niyə sevdirə bilmirik? Mən onların yerinə cavab verə bilmərəm. Mədəniyyət Nazirliyindən bir dəfə də olsun muzeyə gəlməyiblər. Heç onları da maraqlandırmır, nəinki sıravi insanları”
 
 
Bunu Moderator.az-a Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova deyib.
 
 
Zərifə Salahova bildirib ki, yeni kitablar çap etdirib.
 
 
“Ümummilli lider Heydər Əliyevin 100 illiyini qeyd etmək ən böyük arzumdur. Onunla bağlı miniatür kitab çap etdirmişəm. Bu da məndən 100 illiyə böyük bir hədiyyə olsun. Onun adı ilə bağlı 19 miniatür kitab çap etdirmişəm. Heydər Əliyev mənim kitablarıma yüksək qiymət verirdi. Mənim kitablarım Ginnesin rekordlar kitabına düşüb” deyə o bildirib.
 
 
Zərifə Salahova repressiya qurbanı olan atası Teymur Salahovdan da danışıb.
 
 
“Atam Teymur Salahov Laçın rayonunun birinci katibi vəzifəsində çalışıb. Bolşeviklər tərəfindən həbs olunaraq, xalq düşməni kimi güllələnir. Təbii ki, anama çətin idi. Tahir şəkillər çəkərək ailəni dolandırmaqda anama köməklik edirdi. Tarixçi Ziya Bünyadov bir gün mənə dedi ki, repressiya qurbanlarının işlərini arxivdən qaldırıb, baxacam. Mən ondan xahiş etdim ki, atamın işinə də baxsın. 1 aydan sonra mənə bir sənəd yolladılar. Atamın 15 dəqiqə məhkəməsi gedib. 15 dəqiqədən sonra onu elə orada güllələyiblər” deyə Zərifə Salahova deyib.
 
 
“Qardaşınız Tahir Salahov üçün darıxırsınız?” sualına isə Zərifə xanım bu cür cavab verib.
 
 
“Əlbəttə ki, Tahir Salahov üçün çox darıxıram. Necə darıxmaya bilərəm? Tahirlə, uşaqlıq illərimlə bağlı olan xatirələrimi heç unutmuram. Allah ona rəhmət etsin” deyə bildirib.
103024310302441030242
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin