Ölmüş işğalçının ratsiyasını dronla götürüb 9 gün rusların danışıqlarını dinlədilər...-VİDEO

Hazırda oxunan: Ölmüş işğalçının ratsiyasını dronla götürüb 9 gün rusların danışıqlarını dinlədilər...-VİDEO

586772
Ukrayna hərbçiləri  kvadrokopterlə ölmüş  işğalçının ratsiyasını(səyyar  radiostansiya) mövqelərindən götürərək 10 günə yaxın Rusiya hərbçilərinin danışıqlarını dinləməyə nail olublar. 
 
Moderator.az "GORDON"a istinadla xəbər verir ki, könüllü Sergey Prytula dronun əməliyyatı həyata keçirməsini əks etdirən videonu özünün "YouTube" kanalında yerləşdirib.
Onun sözlərinə görə, bu maraqlı hadisə dekabrın əvvəlində  Seversk-Soledar istiqamətində "K2" döyüş qrupunun başına gəlib.
 
"Cəbhə xəttində Rusiya işğalçısı Ukraynanı görərək ölüb. Amma o, özündən sonra səngərin yanında qalan ratsiyasını "miras" qoyub. "K2" döyüşçüləri  fikirləşiblər ki, belə bir xeyirli vasitə boş qalmamalıdır və pilotsuz uçan aparatı işə salaraq iplə oraya yollayıblar. Bir az əlləşməli olsalar da, ratsiyanı götürə biliblər. Sonra daha 9 gün rus işğalçılarının gizli söhbətlərinə qulaq asıbılar. Və danışıqlar çox dinləndikcə işğalçılar da bir o qədər az qalırdı” -deyə Prytula bildirib.
 
Onun sözlərinə görə, ukraynalı hərbçilərə operatorun məharəti ilə yanaşı, rusların bir ratsiyanın itirilməsi halında, təhlükəsizlik protokolunun tələb etdiyi kimi, radio stansiyalarını yenidən proqramlaşdırmaması kömək edib.

 

Sultan Laçın
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin