"Rusiyanın müdafiə sektoru məhbusların əməyindən müharibə dövrünün tələblərinin ödənilməsi üçün istifadə edir..."
"Rusiya həbsxanaladında cəza çəkən 400 min məhbus Kreml tərəfindən "xüsusi hərbi əməliyyat"da istifadə edilən unikal insan resursudur..."
"Məhbusların əməyi aşağı texnologiyalı silah istehsalçıları tərəfindən xüsusilə tələb ediləcək..."
Kreml məhbuslardan təkcə "Vaqner qrupu" özəl hərbi şirkətinin tərkibində ön cəbhədə istifadə etmir.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya müdafiə nazirliyinin son icmalında deyilir.
Nazirlik hesab edir ki, Rusiyanın müdafiə sektoru, ehtimal ki, məhbusların əməyindən müharibə dövrünün tələblərinin ödənilməsi üçün istifadə edir.
Məlumat verilir ki, məhbuslar Rusiyanın tanklar istehsalı üzrə ən iri "Uralvaqonzavod" müəssisəsində işləyə bilər.
Hər halda 2022-ci ilin noyabrında sərt adətlər hökm sürən və korrupsiyalaşmış təşkilat adlandırılan Cəzaların İcrası Federal Xidmətinin
nümayəndələri ilə görüşdən sonra onun rəhbərliyi 250 nəfər məhbusun "işə düzəlməsini" anons edib.
Britaniyalı hərbçilər məlumat verir ki, məhbusların əməyindən məcburi istifadə edilməsi "Rusiyanın çoxdankı ənənəsidir". Bu praktikaya, guya, 2017-ci ildə yenidən qayıdılıb.
Briyaniyalıların fikrincə, həbsxanalarda cəza çəkən 400 min nəfər məhbus Kreml tərəfindən "xüsusi hərbi əməliyyat"da könüllülərin çatışmadığı fonunda istifadə edilən unikal insan resursudur.
Onların əməyi, böyük ehtimalla, "Uralvaqonzavod" kimi aşağı texnologiyalı silah istehsalçıları tərəfindən xüsusilə tələb ediləcək.
Böyük Britaniya müdafiə nazirliyi xatırladır ki, Rusiyanın müdafiə müəssisələrinin rəhbərləri silah və döyüş sursatları istehsalının artırılmasını tələb edən Moskvanın güclü təsiri altındadır.































































































