"Putin sülh danışıqları barədə bəyan edərkən Rusiya ilə ABŞ arasında danışıqları nəzərdə tutur, çünki Zelenskini Qərbin piyadası hesab edir..."
"Rusiya lideri elitanın əmlakının milliləşdirilməsi üçün zəmin hazırlayır..."
Ekspertlər Putinin şirin nitqlərinin və onun bəyanatlarının əsl məqsədlərini açıqlayıb
Rusiya prezidentinin ümidverici bəyanatlarına rəğmən, ona inanmaq olmaz. Putin Kiyevlə masa arxasında əyləşmək və özünün qaniçən məqsədlərindən geriyə çəkilmək fikrində deyil.
Moderator.az xəbər verir ki, Amerikanın müharibənin öyrənlməsi İnstitutunun (ISW) analitkləri dekabrın 26-da dərc etdikləri icmalda bu nəticəyə gəlib.
Onlar Putinin dekabrın 25-də "Rusiya-1" telekanalının "Moskva. Kreml. Putin" proqramında səsləndirdiyi fikirləri təhlil edib.
"Putin telemüsahibəsində bəyan edib ki, müharibənin "təhlükəli həddə" yaxınlaşdığını hesab etmir və qeyd edib ki, Rusiyanın öz vətəndaşlarını qorumaqda davam etməkdən başqa seçimi yoxdur.
Putin həm də deyib ki, Rusiya "münaqişəyə cəlb edilən bütün tərəflərlə danışıqlar aparmağa hazırdır". Lakin qeyd etmək lazımdır ki, Putin Ukrayna ilə birbaşa danışıqlar aparmağa hazır olduğunu deməyib", - ISW qeyd edib və vurğulayıb ki, Putinin sülh danışıqları barədə bəyan edəndə Rusiyanın ABŞ-la danışıqlarını nəzərdə tutur, çünki Ukraynanı "Qərbin piyadası" hesab edir.
Ekspertlər həmçinin diqqəti Putinin Rusiyanın "düzgün istiqamətdə hərəkət etdiyi" barədə bəyanatına yönəldib.
"Bu, onu göstərir ki, o, danışıqlar üçün lazımi şərait yaratmır və əvvəlkitək özünün maksimalist məqsədlərini güdməyi arzu edir", - ekspertlər güman edir.
ISW Putinin daha bir fikrini şərh edib.
"Rusiya vətəndaşlarının "xüsusi hərbi əməliyyat"a dəstəyi barədə suala cavab verərkən, Putin deyib ki, rusiyalıların 99, 9 faizi "Vətən" üçün hər şeyi qurban verərlər. Lakin, Putinin sözlərinə görə, Rusiyada elə adamlar var ki, istisnasız olaraq öz maraqlarından çıxış edir.
Rusiya cəmiyyətini bəzi üzvlərinin bu tənqidi onu göstərir ki, Kreml öz diqqətini məhz müharibəni dəstəkləməyən rusiyalılar, ilk növbədə elita nümayəndələrinin üzərində cəmləşdirib. Üstəlik, Putin ötən həftə analoji bəyanatlarla çıxış edərək, deyib ki, Rusiyanın pullarını xaricə çıxaran bəzi biznesmenlər "Rusiya üçün təhlükədir", - amerikalı ekspertlər diqqət çəkib.
Onlar əlavə edib ki, Putinin bəynatları Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin belə bəyanatı ilə uzlaşır ki, qaninvericilər Ukraynaya qarşı tammiqyaslı müharibədən sonra ölkəni tərk edən vətəndaşlar üçün vergilərin stavkasını artırmaq niyyətindədir.
"Ehtimal ki, Putin Ukraynada müharibəyə elita arasında dəstəyin olmamasından narahatdır və mümkündür ki, onların əmlaklarının milliləşdirilməsi üçün zəmin yaradır", - amerikalı analitiklər bu nəticəyə gəlib.
































































































