"Çox sağ ol, sevgim mənim!.."
Forvard Kriştina Ronaldunun sevgilisi Corcina Rodriges Milad bayramımda futbolçuya yeni "Rolls Royce" hədiyyə edib.
Moderator.az xəbər verir ki, bu barədə Portuqaliya oyunçusu özünün "İnstagram" səhifəsində məlumat verib.
Ronaldu "Stories"-də avtomobilin üstündə "Çox sağ ol, sevgim mənim!" sözləri yazılan böyük qırmızı lent bağlanan fotoşəklini dərc edib.
Avtomobilin belə modelinin dəyəri 460 min dollardan başlanır.
Corcina və Ronaldu 2016-cı ildən görüşürlər.
Rodriges Ronalduya 2017-ci ilin payızında Alina qızını bəxş edib.
2022-ci il aprelin 18-də bəlli olub ki, Rodriges oğlan və qız əkizləri dünyaya gətirib, lakin oğlan tələf olub.





























































































