Boğaz ağrısında həqiqətən kömək edən xalq təbabətinin 5 üsulu...

Hazırda oxunan: Boğaz ağrısında həqiqətən kömək edən xalq təbabətinin 5 üsulu...

579888
"Bir qaşıq bal, duzlu su, limonlu isti su, çobantastığı çayı, toyuq bulyonu..."
 
Səhər yuxudan oyananda
 
boğazınızda həyəcanlı sancma hiss etdiniz? Əlinizin altında olan vasitələrdən-isti çaydan badamcıqlarınızdakı bakteriyaları məhv edən məhluladək dərhal istifadə etmək zamanı gəlib. 
 
Xoşbəxtlikdən, nənələrimizdən bizə həqiqətən kömək edəcək bir neçə resept qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Çoxunuz razılaşar ki, soyuqdəymə və qripin ən qıcıq yaradan hissəsi zökəm, öskürək və üçütmə deyil, məhz boğazda ağrılardır. 
 
Udqunmaya, danışmağa və hətta yatmağa maneçilik törədən boğazımızda olan kəskin yandırma hissindən ağlımızı qaçıran başqa bir şey təsəvvür etmək mümkün deyil.
 
Ona görə də əgər siz səhərlər boğazınızda sancma və ya yandırma hiss edirsinizsə, bu, hansısa qış virusunun tənəffüs yollarınıza düşdüyünün əlamətidir və tezliklə sizi əldən salacaq.
 
Adətən boğazda yandırma hissi bir neçə günə keçib gedir, lakin hətta belə qısa müddət də hər dəfə udqunanda əməlli-başlı diskomfortdan yorulmaq olar.
 
Və əgər güman etsək ki, infeksiyanın səbəbi həqiqətən bakteriya deyil, virusdur (yəni burada antibiotiklər kömək etməyəcək), biz xalq təbabətindən istifadə etməklə boğaz ağrılarımızı yüngülləşdirə bilərik.
 
Bir qaşıq bal
 
Bal xalq və alternativ təbabətin ən vacib inqridiyentlərindən biridir, antibakterial və iltihabı azaldan xassələrinə görə qiymətlidir.
 
Təbii bal həmçinin boğaz ağrılarında sakitləşdirici təsir göstərir. Özünün yapışqanlığı və qatılığı sayəsində boğazın daxili hissəsini örtür, beləliklə, hər dəfə udqunanda qıcıqlanmanı azaldır.
 
Duzlu su
 
Bu metod əvvəlkindən az dadlıdır, lakin təsirlidir. Boğazın duzlu su ilə qarqara edilməsi bu nahiyədə toxumaların ödemini azaldır və boğazda çökən bakteriyaları məhv edir. 
 
Qarqara üçün məhlul hazırlamaq məqsədilə bir fincan isti suda yarım çay qaşığı xırda duzu qarışdırın ki, kristallar qalmasın. Boğazınızı bir-iki dəqiqə qarqara edin, sonda məhlulu udmayın, tüpürməyə çalışın, çünki boğazın selikli qişası quruya bilər.
 
Limonlu isti su
 
Limonun tərkibində antibakterial, vurüsəleyhinə və immun sistemi möhkəmləndirən maddələr var. Ondan istifadə edilməsi boğazda virus və bakteriyalar üçün əlverişsiz turş mühit yaradır, onların çoxalmasını çətinləşdirir. 
 
Həmçinin bu sitrusun tərkibində kifayət qədər C vitamini var, bu da soyuqdəymə ilə orqanizmin mübarizəsində kömək edəcək.
 
Çobantastığı çayı
 
Çobanyastığı çayı qarın ağrılarında təbii vasitə kimi tanınıb, lakin tədqiqatlar göstərib ki, bu bitki antioksidantlarla zəngindir, həmçinin iltihabəleyhinə və hətta qanaxmanı dayandırmaq qabiliyyətinə malikdir. 
 
Çobanyastığı çayını boğazda sancma hissinin ilk əlamətləri meydana çıxanda içmək lazımdır ki, ağrını azaltsın və ya aradan qaldırsın.
 
Çobanyastığı çayın tərkibində kofein yoxdur, ona görə də onu hətta yuxudan öncə içmək olar. Ona bal da əlavə edin ki, boğaz ağrısına eyni zamanda bir neçə tərəfdən hücum edək.
 
Toyuq bulyonu
 
İsti çay kimi, toyuq bulyonu da boğazda ağrını azaldır, eyni zamanda orqanizmi lazım olan maye və duzlarla təmin edir.
 
Toyuq bulyonu burun tutulmasından və bəlğəmdən xilas edir və tərkibində iltihab əleyhinə inqridiyentlər var. Ona görə siz soyuqdəymənin ilk əlamətlərini hiss edərkən, soyuducu kameradan toyuğun çıxarılması zamanıdır.
 
Sağlam olun!
 
Healthy Walla
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin