Rusiya ölkənin qocaman hüquq-müdafiə təşkilatını məhv edir... - FOTO

Hazırda oxunan: Rusiya ölkənin qocaman hüquq-müdafiə təşkilatını məhv edir... - FOTO

579465
"Moskva Helsinki Qrupu regional təşkilatdır, lakin bütün Rusiya boyunca fəaliyyət göstərir..."
 
"Rusiyada "İnsan haqları uğrunda" və "Memorial"-dan sonra daha bir qocaman hüquq-müdafiə təşkilatının fəaliyyəti ləğv edilir..."
 
Rusiya Ədliyyə Nazirliyi məhkəmə yolu ilə ölkənin hələ SSRİ dönəmində 1976-cı ildə yaradılan qocaman təşkilat olan Moskva Helsinki Qrupunun (MHQ) ləğv edilməsini tələb edib. Ədliyyə Nazirliyinin iddiası dekabrın 19-da qeydə alınıb. Bunun əsasında dinləmələr təyin edilməsi məsələsi həll edilməkdədir.
 
Moderator.az xəbər verir ki, bu barədə BBC nəşri məlumat yayıb.
 
Rusiyanın insan haqları üzrə Şurasının üzvü Yeva Merkaçeva deyib ki, idarənin iddiaları formal xarakter daşıyır və ondan ibarətdir ki, qrup Moskva regional təşkilatıdır, lakin bu zaman bütün Rusiya boyunca işləyir.
 
"Orada çox qəribə vəziyyət yaranıb, çünki MHQ-nin nümayəndələri həqiqətən başqa regionların hansısa məhkəmələrində olub, lakin onlar hesab edir ki, bu, hansısa tərəfdaşlıq münasibətləri çərçivəsində olub, yəni onlar kimlərəsə dəstək vermək üçün gəlib, amma bu, o demək deyil ki, onlar başqa subyektin ərazisində ayrıca tədbir keçirib", - Merkaçeva əlavə edib.
 
Qrupun üzvü Boris Altşuler təsdiq edib ki, Ədliyyə Nazirliyinin əsas iddiası ondadır ki, MXQ Moskva regional təşkilatıdır və Moskvanın hüdudları çərçivəsində işləməlidir.
 
Onun sözlərinə görə, iddiada "qrupun bütün ölkə boyunca-başqa regionlarda məhkəmə proseslərində, seminarlarda geniş fəaliyyəti barədə çoxsaylı faktlar gətirilir". "Ədliyyə Nazirliyi hesab edir ki, bu, Nizamnamə ilə aradan qaldırılmayan ziddiyyət təşkil edir və ona görə də MHQ ləğv edilməlidir", - o, dəqiqıləşdirib.
 
1996-cı ildən 2018-ci ildə ölümünədək təşkilatın sədri hüquq müdafiəçisi Lüdmila Alekseyeva olub. Alekseyeva ilə vida mərasiminə Rusiya prezidenti Vladimir Putin və müxalifət lideri Aleksey Navalnı da qatılıb.
 
Президент России Владимир Путин вручает главе МХГ Людмиле Алексеевой государственную премию за выдающиеся достижения в области правозащитной деятельности, 2017 год
 
Hazırda qrupun tərkibinə Lev Pononaryov (Rusiyda" xarici agent" elan edilib), Valeri Borşev, vəkil Henri Reznik, jurnalist Nikolay Svanidze, hüquqşünas İlya Şablinski, hüquqşünas Qalina Arapova (daha bir "xarici agent") və başqa tanınmış hüquq müdafiəçiləri daxildir.
 
2019-cu ildə Ponomaryov "xarici agent" elan ediləndən sonra əsasını qoyduğu 1997-ci ildən fəaliyyətdə olan "İnsan haqları uğrunda" təşkilat ləğv edilib.
 
2021-ci ildə bu sxem üzrə 1987-ci ildən fəaliyyətdə olan Rusiyanın "Memorial" qocaman hüquq-müdafiə təşkilatına divan tutulub.
 
Bu ilin oktyabr ayında ləğv edilən "Memorial" təşkilatı Ukraynanın "Vətəndaş azadlıqları Mərkəzi" və Belarusdan olan vəkil Ales Belyatski ilə birgə 2022-ci ildə Nobel sülh mükafatına layiq görülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin