Vardanyan Xankəndindəki mitinqi təxirə salmalı oldı: Laçın yolu bağlıdır - say düzəlmir...

Hazırda oxunan: Vardanyan Xankəndindəki mitinqi təxirə salmalı oldı: Laçın yolu bağlıdır - say düzəlmir...

578223

Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçı-terrorçuların üzdəniraq "xeyriyyəçi" lideri Ruben Vardanyan dünən Xankəndinə qaz verilişinin bərpasından guya ruhlanaraq  bu gün saat 15:00-a kütləvi mitinq təyin etmiş və Qarabağdakı bütün haykları bu təxribatçı tədbirə dəvət etmişdi. Lakin dünən axşamdan Putinin milyarder "desantı"nın Xankəndindəki kütləvi mitinqi təxirə saldığı bəlli olub.

Moderator.az xəbər verir ki, "ArmenianReport"un yaydığı məlumatda R.Vardanyanın bu haqda "Facebook"dakı birbaşa çıxışında bəhs etdiyi bildirilir.

“Bizim bu mitinqi 1990-cı illərin əvvəllərində olduğu kimi, göstərməklə bağlı problemimiz var. Hakimiyyətlə xalq arasında səmimi ünsiyyət olmalıdır. Ona görə də uzun-uzadı müzakirələrdən sonra qərara gəldik ki, sabah Mardakertə(Tərtər rayonunun Ağdərə şəhəri-S.L.) gedək, saat üçdə orada iclas keçirək, insanlarla ünsiyyətdə olaq, səhərisi gün Martuniyə(Xocavənd-S.L.), o biri gün Əsgərana gedək. Və yalnız bundan sonra Stepanakertdə (Xankəndində-S.L.)mitinqin necə təşkil olunacağı bəlli olacaq" -deyə Moskvanın emissarı bəyan edib.

Zəruri şərh:

Göründüyü kimi, R.Vardanyan birbaşa olmasa da, dolayısıyla etiraf edir ki, "problem var"- Xankəndində nəzərdə tutduqları mitinqə yetərincə, yəni bu il oktyabrın 30-da  hayk ünsürü toplaya bilmir. Ən əsas səbəb isə aydındır: Laçın yolu bağlıdır və oktyabrda olduğu kimi, bu dəfəki mitinqə Ermənistandan erməniləri gətirmək olmur. İkinci səbəb isə, yəqin ki, Qarabağda olan-qopan haykların da R.Vardanyana inamlarını itirməsidir. Və əslində onlar da Laçın yolunun bağlanmasının əsl səbəbinin onun Volkovla birlikdə məlum qızıl və mis mədənlərinin əlindən çıxmaması üçün Azərbaycana qarşı dirənişinin olduğunu anlayırlar... Bu səbəblərdən də o, qapı-qapı gəzib, pul paylayıb mitinqə məxluq toplamağa qərar verib...

Bununla həm də sübut olunur ki, Qarabağda Rusiya və erməni mənbələrinin bildirdiyi kimi, nəinki 120 min, heç 20 min də hayk yoxdur...

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin