Ərdoğan Türkiyə ilə Suriyanın Rusiyanın iştirakı ilə barışığının yol xəritəsini açıqladı...

Hazırda oxunan: Ərdoğan Türkiyə ilə Suriyanın Rusiyanın iştirakı ilə barışığının yol xəritəsini açıqladı...

578058
"Mən Putinə Ankara ilə Dəməşq arasında diplomatiyanın sürətləndirilməsi üçün üçtərəfli Türkiyə, Rusiya və Suriya mexanizmini yaratmağı təklif etmişəm..."
 
"Türkiyə Suriya kürdlərinin yaraqlılar qrupunun Türkiyə sərhəddi boyunca mövcudluğuna dözməyəcək..."
 
Türkiyə prezideni Rəcəb Tayyib Ərdoğan dekabrın 15-də bəyan edib ki, Vladimir Putinə Ankara və Dəməşq arasında diplomatiyanın sürətləndirilməsi üçün üçtərəfli Türkiyə, Rusiya və Suriya mexanizmini yaratmağı təklif edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Habertürk" nəşri məlumat yayıb.
 
Ərdoğan bu barədə Türkmənistan səfərindən sonra jurnalistlərlə söhbətində bəyan edib.
 
O, Putinə Türkiyə, Rusiya və Suriya arasında Dəməşqlə gərgin münasibətlərə yenidən baxmaq üçün bir neçə görüşlərin təşəbbüskarı olmasını təklif edib.
 
"Əvvəlcə bizim kəşfiyyat xidmətlərimiz, sonra müdafiə nazirlərimiz, daha sonra hər üç ölkənin xarici işlər nazirləri görüşə bilər. Bu görüşlərdən sonra biz liderlər görüşə bilərik. Mən bunu cənab Putinə təklif etmişəm və o, buna müsbət yanaşma sərgiləyib", - Ərdoğan deyib.
 
Avqust ayında Ərdoğan bəyan edib ki, Ankara prezident Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırılmasına can atmır, bu da onun son 10 il ərzində Əsəd hökumətinə qarşı üsyana dəstək verilməsi siyasətindən imtina etməsini göstərir.
 
Lakin o, həmçinin əlavə edib ki, Türkiyə Suriya kürdlərinin yaraqlılar qrupunun Türkiyə sərhəddi boyunca mövcudluğuna dözməyəcək.
 
Türkiyə Kürd Xalq Özünümüdafiə dəstələrinə (YPG) onillərlə Türkiyə dövlətinə qarşı döyüşən PKK-nın davamı kimi baxır.
 
Ərdoğan bəyan edib ki, Türkiyə kürdlərə öz sərhədinin cənubuna doğru Əsədə himayədarlıq edən Rusiya ilə saziş çərçivəsində bufer zona elan edilmiş 30 km-lik zona daxilində zərbələr endirir.
 
Türkiyə Suriyanın şimalında noyabr ayında İstanbulda törədilən terror aktına cavab olaraq intensiv bombardmanlar kampaniyasına başlayıb. 
 
Türkiyənin cavab tədbirləri nəticəsində həm Suriyanın hökumət qoşunları, həm də YPG yaraqlıları məhv edilib. YPG və PKK İstanbuldakı terror aktında əli olduğunu inkar edir.
 
"Middle East Eye" nəşrinin yazdığına görə, Türkiyə daxilində Dəməşqlə münasibətlərin nizama salınmasını tələb edən Ankaraya təzyiq artır. 
 
Türkiyə müxalifətinin Türkiyə ilə Suriya arasında barışığa çağırışları günbəgün güclənir, eyni zamanda ictimaiyyət ölkədəki təxminən dörd milyon suriyalı qaçqına getdikcə daha düşməncəsinə münasibət göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin