"Partlayış o qədər güclü olub ki, seysmoloqıar ondan sonra yeraltı təkanlar qeydə alıb..."
"Anqar neft-kimya şirkəti" neft emalı və neft kimyası üzrə böyük müəssisədir, dünyada naftil raket yanacağı istehsal edən yeganə şirkətdir..."
Dekabrın 15-də səhər Rusiyanın İrkutsk şəhərində "Anqar neft-kimya şirkəti"nin neft emalı zavodunun ərazisində fövqəladə hadisə baş verib. Şəhər müşahidə kameraları partlayış zamanı parlaq alışma qeydə alıb, bundan sonra yanğın baş verib.
Moderator.az xəbər verir ki, bu barədə "Obozrevatel" nəşri məlumat yayıb.
Məlumata görə, yanğının sahəsi hazırda 2, 5 min kv metr təşkil edir. Yanğının söndürülməsində 100-dən artıq adam və 25 vahid texnika iştirak edir. Nəticədə iki nəfər həlak olub, dörd nəfər zərər çəkib.

Partlayış yerli vaxtla səhər saat 6-da baş verib. Partıltı o qədər güclü olub ki, seysmoloqlar ondan sonra yeraltı təkanlar qeydə alıb.
Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Baykal filialının mütəxəssisləri deyib ki, seysmoloji stansiya Anqarsk rayonunda 4 bal gücündə aktivlik qeydə alıb.
"Bu, partlayış olub? Mən Novo-Leninonun sonunda yaşayıram və səhər saat 6-da titrətmədən oyanmışam. Torşer silkələnib. Mən 17-ci mərtəbədə yaşayıram. Mən elə zənn etdim ki, zəlzələ baş verib"...
"Mən saat 05:55-də avtobusda olmuşam, əvvəlcə səmada parıltı gördüm, düşündüm ki, kimsə qəza işığını qoşub, sonra partlayış və zərbə dalğası hiss etdim, yanından keçdiyimiz evin damının dağıldığını gördüm. İşə çatanda dedilər ki, İrkutskda partlayış baş verib", - "Novosti Novosibirska" nəşri yerli sakinlərdən iqtibas gətirib.

İrkutsk vilayəti FHN Baş İdarəsinin versiyasına görə, partlayışa səbəb "texnoloji qurğu sistemlərinin qazlaşdırılması" ola bilərdi. Baş verən hadisə ilə bağlı xüsusi komissiya yaradılıb.
Vilayət prokurorluğu Anqar şəhər dairəsində sənaye meydançasının texnoloji qurğusunda baş vermiş yanğının bütün şəraiti və səbəblərinin araşdırılmasını nəzarətə götürüb.
"Anqar neft texniki çirkəti" (2007-ci ildən "Rosneft" neft konserninin tərkibinə daxildir) İrkutsk vilayətinin neft emalı, neft məhsulları və neft kimyası üzrə böyük müəssisəsidir.
Neft emalının əsas göztəricilərinə görə neft emalı sahəsinin on ən yaxşı müəssisəsindən biridir. Dünyada naftil raket yanacağı istehsal edən yeganə şirkətdir.







































































































