Putindən sonra Rusiyada demokratiya bərqərar ola bilərmi?..-Diktatorun keçmiş spiçrayteri...

Hazırda oxunan: Putindən sonra Rusiyada demokratiya bərqərar ola bilərmi?..-Diktatorun keçmiş spiçrayteri...

577193
Rusiyanın müharibədə məğlub olması və Putin rejiminin devrilməsindən sonra Rusiya Federasiyası demokratiya yolunu tuta və sivil ölkəyə çevrilə bilər.
 
Moderator.az Ukraynanın "24 kanal"-a istinadla xəbər verir ki, bu fikirləri Putinin keçmiş spiçrayteri(çıxışlarını hazılayan-S.L.), rusiyalı politoloq Abbas Qallyamov söyləyib.
 
O, Franko rejimindən sonra belə bir yol keçmiş İspaniya nümunəsini xatırladıb. Eyni zamanda, politoloq qeyd edib ki, Almaniyada Birinci Dünya müharibəsində uduzduqdan sonra nasizmə çevrilən millətçilik, imperializm və şovinizm yenidən canlanıb.
 
Onun sözlərinə görə, Hitler hakimiyyətə gələndə deyirdi ki, müharibədə məğlub olan almanlar deyil, hər şeyin günahkarı satqınlar – yəhudilər, sosial-demokratlar və digər əclaflardır. Almanlar buna həvəslə inanırdılar.
 
"Lakin İkinci Dünya müharibəsinin nəticələrindən sonra bu məğlubiyyətin xəyanət olması fikri artıq almanların ağlına gəlmədi. Məğlubiyyət çox açıq idi. Ona görə də bu diskurs marginal idi", - ekspert qeyd edib.
 
Qallyamov əmindir ki, Rusiya Ukraynaya qarşı müharibədə çoxlu resurs xərcləyir, ona görə də sonda özünü tamamilə tükəndirəcək. Politoloq hesab edir ki, bir neçə ildən sonra Rusiya Federasiyasında revanşistlər hakimiyyətə gəlmək istəsələr, ruslar dərhal Putini xatırlayacaq və bu cür hissləri dəstəkləməyəcəklər.
 
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin