"Qazın Türkmənistandan tankerlərlə Xəzər dənizi ilə Azərbaycana, sonra Cənub dəhlizi boru kəmərləri şəbəkəsilə Türkiyəyə, daha sonra Avropaya daşınması planlaşdırılır..."
"Ərdoğan Türkiyəni enerjidaşıyıcılarının Avropa İttifaqı ölkələrinə tədarükü üçün həlledici tranzit məntəqəsinə çevirmək niyyətindədir..."
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan və Azərbaycandan Türkiyə vasitəsilə Rusiyadan yan keçməklə Avropaya qaz tədarük etmək niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Türkiyə lideri gələn həftə bu ölkələrin prezidentləri ilə görüşərək, bu məsələni müzakirə edəcək.
Qazın tanketlərlə Xəzər dənizi ilə Azərbaycana, sonra Cənub qaz dəhlizi boru kəmərləri şəbəkəsi ilə Türkiyəyə, daha sonra Avropaya daşınması planlaşdırılır.
Beləliklə, Rusiyadan Avropaya qaz tədarükünün azaldılması şəraitində Ərdoğan Türkiyəni enerjidaşıyıcılarının Avropa İttifaqı ölkələrinə tədarükü üçün həlledici tranzit məntəqəsinə çevirmək niyyətindir.
"Bloomberg" qeyd edir ki, bu planın gerçəkləşməsinə illər lazım gələcək, lakin Avropa bazarı üçün alternativ tədarükçü maraqlı olacaq.
Azərbaycan artıq Avropaya qaz tədarük edir, bu da Rusiyadan tədarükün kəskin şəkildə azalmasından sonra çatışmayan qaz həcmini doldurmağa kömək edir.
Türkmənistanda çıxarılan qazın təxminən üçdə bir hissəsi Çinə gedir, qalan hissəsi ölkə daxilində istehlak edilir və ya Rusiyaya ixrac edilir.
Sentyabr ayında Ərdoğan Rusiyadan "Türk axını" və "Mavi axın" boru kəmərləri ilə tədarük edilən qazın qiymətində güzəşt edilməsini xahiş edib.
Türkiyə prezidenti təkcə qazı aşağı qiymətə almaq deyil, həm də "Qazprom"dan 2022-ci ilin əvvəlindən verilən qazın pulunu geri almaq istəyir.

































































































