Əczaçılıq sahəsində islahatların vaxtı çatıb – Ekspertlərdən Səhiyyə Nazirliyinə ÇAĞIRIŞ

Hazırda oxunan: Əczaçılıq sahəsində islahatların vaxtı çatıb – Ekspertlərdən Səhiyyə Nazirliyinə ÇAĞIRIŞ

98934

“Dərman preparatları sahəsindəki problemlərin bir sıra səbəbləri var. Birinci və ən başlıca səbəb yerli istehsalın yoxluğudur. Baxmayaraq ki, dərman istehsalı üçün ölkəmizdə unikal imkanlar var. Üstəlik, bu sahə ilə bağlı ölkəmiz gözəl ənənələrə sahibdir. Bütün bunlara baxmayaraq, ən sadə dərman preparatlarını belə idxal eləyirik”. 

Bu fikirləri Bizim.Media-ya tanınmış həkim Aydın Əliyev əczaçılıq sahəsində mövcud olan problemləri şərh edərkən deyib.

Həkim qeyd edib ki, bu məsələdə ikinci əngəl səbəb Azərbaycandakı dərman manopoliyasıdır. Üçüncü səbəb isə…

“Ölkəyə idxal edilən məhsulların satışa çıxarılmasından əvvəl labarator-analizlrdən keçirilməməsidir. Nə yazıq ki, gətirilən dərman preparatları keyfiyyətli analiz edilmir. Heç kimə sirr deyil ki, bizdə satılan dərmanları eynisini Türkiyədən, Rusiyadan, Almaniyadan və hətta İrandan alıb istifadə edəndə xeyli təsirli olduğu üzə çıxır. Bunu hamı bilir. Bəs, bu niyə belədir? Çünki, dərmanlara nəzarət edən qurum öz işini yaxşı görmür. Nə olsun ki, Avropa, dünya standartları deyirlər. Bütün hallarda “Avropa standartı” sertifikatı olan şirkətin ölkəmizə ixrac etdiyi dərmanlar ciddi şəkildə yoxlanılmalıdır. Çünki, dərman məsələsi strateji məsələdir. Çox təəssüf ki, ölkəmizdə bu sahədə öz həllini gözləyən ciddi problemlər var”.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Əyyub Hüseynov da Bizim.Media ilə söhbətində əzcaçılıqdakı problemlərin kifayət qədər ciddi olduğunu söyləyib:

“Dərmanlardan zəhərlənmə, keyfiyyətsizlik bir bəla kimi ölkəmizi bürüyüb. Bəlkə də ən çox bu məsələ ilə bağlı bizə müraciətlər olur. Dövlət 3 mindən çox dərmanın qiymətini sabitləşdirib. Bu addımdan sonra bizə gələn məlumatlardan aydın olur ki, təsirsiz dərmanların sayı çoxalıb.

Çünki, qiymət sabit olduğundan bu bəzi işbazların işinə yaramır. Nəticədə, istehsal prosesində təsiredici bahalı maddələrdən az istifadə olunur. Bəzən bunu heç Analitik Ekspertiza Mərkəzində də ayırd etmək mümkün olmur”. 
Hüquq müdafiəçisinin fikrincə, artıq buna səbr etmək mükün deyil. Əhalinin sağlamlığı təhlükə altındadır. Əczaçılıq sahəsində islahatlara başlamaq üçün Səhiyyə Nazirliyi ciddi qərarlar qəbul etməlidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin