Rusiyada meymunçiçəyini müalicə edən dərman hazırlanıb.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, "NIOKh-14" adlı dərman Novosibirsk Üzvi Kimya İnstitutu ilə birlikdə Vektor Tədqiqat Mərkəzində ərsəyə gətirilib.
Məlumata görə, I klinik sınaqlar 18 yaşdan 50 yaşa qədər olan 90 könüllü üzərində uğurla həyata keçirilib. Keçirilən testlər dərmanın xəstəliyə qarşı mübarizədə effektiv olduğunu, virusun bədəndə yayılmasının qarşısını aldığını və əlavə təsirlərinin olmadığını göstərib.
Qeyd edək ki, "NIOKh-14" meymunçiçəyinə qarşı yaradılmış ilk dərman hesab olunur.
Bizim.Media
- A-
- A
- A+
COP29
23:26 / 05.10.2022
Meymunçiçəyinin DƏRMANI tapıldı
Hazırda oxunan: Meymunçiçəyinin DƏRMANI tapıldı
Hazırda oxunan: Meymunçiçəyinin DƏRMANI tapıldı
97635
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.