Millət KÖKƏLİR – Belə getsə, Azərbaycanda orta yaş həddi 60-a qədər enəcək

Hazırda oxunan: Millət KÖKƏLİR – Belə getsə, Azərbaycanda orta yaş həddi 60-a qədər enəcək

97371

2011-ci ildə həzm sistemi xəstəlikləri diaqnozu qoyulan 8 yaşadək uşaqların sayı 47 min 769 nəfər idisə, 2021-ci ildə onların sayı 59 min 863 mindən çox olub. Bu faktlar Səhiyyə Nazirliyinin yaydığı son məlumatda deyilir.

Məlumatda o da qeyd olunur ki, 2011-ci ildə 17 yaşına qədər 357 nəfər uşağa piylənmə diaqnozu qoyulmuşdusa, 2021-ci ildə onların sayı 637 nəfər olub. Hazırda qızlar arasında piylənmə 4,4 faiz, oğlanlar arasında isə 5,3 faiz təşkil edir.
Bəs piylənmənin bu qədər artmasına səbəb nədir?

Məsələyə tanınmış pediatr Vaqif Qarayev aydınlıq gətirdi. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, hazırda piylənmə dünyada problemə çevrilib.

Bunun da ümumi və spesifik səbəbləri var. Məsələn, karantin dövründə uşaqlar uzun müddət hərəkətsiz qaldı. Qida rasionuna fikir verən olmadı. Bu da uşaqlar arasında piylənmənin çoxalmasına gətirib çıxardı. Oturaq həyat və düzgün qidalanmamaq piylənmənin əsas səbəbləridir”.

Düzgün qidalanmamaq nədir? 

Vaqif Qarayev qeyd etdi ki, bizdə şirniyyata meyllilik həddindən artıq çoxdur. Şirniyyatın çox qəbulu da maddələr mübadiləsini pozur, piylənmə yaradır:

“Fast food yeməkləri çox ziyanlıdır. Bu yeməklərin tərkibindəki inqrediyentlər uşaq orqanizminə ziyandır. Bu cür qidalanma-piylənmə sonradan şəkərli diabetə səbəb olur, qan-damar sisteminə ziyan vurur. Bir çox ölkələrdə onkoloji problemlər yaratdığına görə bu yeməklərə qadağa qoyulub. Bizdə isə hər tində bir fast food məntəqəsi var. Unutmayaq ki, ana nə qədər pis hazırlasa da küçədə bişiriləndən keyfiyyətli hazırlayır. Həddən ziyadə yağlı yeməklər piylənmənin birinci səbəbidir.

Digər səbəbsə oturaq həyatdır. Uşaqlar evdə saatlarla kompüter qarşısında olur və yaxud telefonla oynayır.

Böyüyən orqanizm hərəkət etməlidir ki, böyüsün. Məsələn, Sovet dövründə kəndlərdə də, şəhərlərdə də müxtəlif oyunlar düşünürdülər ki, uşaqlar sağlam böyüsün. Amma indi buna fikir verilmir. Kompüter-telefon bütün dünyanın problemidir. Amma bizdəki kimi deyil də... Baxça yaşlı uşaqları da kompütürə öyrədirlər ki, evdə sakit otursun”.
Tanınmış pediatr sonda valideynlərə tövsiyyə etdi ki, uşaqlarınızın erkən yaş dövründə piylənməyə meyl görürsünüzsə, hökmən həkimə müraciət edin.

“Müayinə aparılsın. Səbəb tapılsın ki, uşaq böyüyəndə piylənmədən və onun yaratdığı fəsadlardan əziyyət çəkməsin. Yoxsa xalq olaraq uun ömürlülük həddi 60-a qədər sürətlə enəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin