Sadəcə “C” vitamini deyib keçməyin – Naringi haqqında BİLMƏDİKLƏRİMİZ  

Hazırda oxunan: Sadəcə “C” vitamini deyib keçməyin – Naringi haqqında BİLMƏDİKLƏRİMİZ  

96372

Havaların sərinləməsi ilə orqanimdə baş verən immun dəyişikliyinə, xəstəliklərin qarşısının alınmasına kömək edən “C” vitamin ilə zəngin naringinin xoşbəxtlik simvolu olduğunu bilirdinizmi?

Bizim.Media xəbər verir ki, əsasən vətəni Çin olan naringilər elə bu ölkədə xoşbəxtlik, zənginlik və uzunömürlülüyün simvolu hesab olunurdu.

İlkin fərziyyələrə görə Çin dilindən tərcümədə "naringi" sözü "zəngin adam" mənasını verir.

Buna görə ziyarətə gedən çinlilər ev sahibinə hədiyyə olaraq bir neçə ədəd naringi gətirirdi. Ev sahibi də arzuların qarşılıqlı olduğunu bildirmək məqsədilə qonağına naringi payı qoyurdu.

Mayo Klinik Elm Mərkəzinin alimləri naringinin heyrətamiz dərəcədə ruhlandırıcı və müsbət auraya kökləyən meyvə olduğunu aşkar ediblər.
Belə ki, bu meyvənin qoxusu narahatlıq və stressi aradan qaldırır və insanı nikbinliyə kökləyir.

Naringilərdə limon turşusu bol olduğundan tərkibində nitratlar yoxdur. Bu da öz xüsusiyyətlərinə görə onların zərərli təsirlərini neytrallaşdırır.

Demək olar ki, bütün dünyada satılmasına  baxmayaraq, satışda naringi suyuna rast gəlmək mümkün deyil. Bu isə həmin meyvənin sıxıldıqda bütün faydalı xüsusiyyətlərini itirməsi ilə bağlıdır.
Bundan əlavə, naringidən çox şirə əldə etmək olmadığına görə, meyvələri satmaq daha sərfəlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin