Son sutkada daha 140 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Hazırda oxunan: Son sutkada daha 140 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

96086

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib. 

Azərbaycanda indiyədək ümumilikdə 820 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 809 933 nəfər müalicə olunaraq sağalıb, 9 907 nəfər vəfat edib, aktiv xəstə sayı 1 158 nəfərdir.
Ölkədə son sutka ərzində 3 320, hazırkı dövrədək isə 7 242 057 test aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin