COVID-19-un buraxdığı İZLƏR - Hansı xəstəliyin simptomları daha çox müşahidə olunur?

Hazırda oxunan: COVID-19-un buraxdığı İZLƏR - Hansı xəstəliyin simptomları daha çox müşahidə olunur?

95893

“20 faiz hallarda gözdə qaşınma ilə ağrı və işığa həssaslıq pasiyentlərdə koronavirusun yeganə əlamətləri ola bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə açıqlamasında bildirib.

Onun sözlərinə görə, COVID-19-la əlaqədar reanimasiya şöbələrində yatan pasiyentlərin təxminən üçdə birində göz patologiyaları müşahidə edilir.

“Onların arasında konyunktivit, gözdə hiperemiya və hemoz daha çox rast gəlinirdi. Müşahidələr göstərib ki, COVID-19 keçirmiş xəstələr 1-3 ay sonra oftalmoloqa müraciət etdikləri zaman xəstəlikdən sonra yaranan və uzun müddət davam edən gözdə quruluq, yandırma, göz qapaqlarının qızarmasından şikayət edirlər.
Həmçinin bərpa dövrünə diqqət yetirməyən pasiyentlərdə görməni zəifləməsi müşahidə oluna biliər. Buna səbəb göz sinirlərinin atrofiyası, görmə sahəsinin daralması və ən son halda tam korluğa gətirib çıxaran gözün torlu qişasının trombozudur”.

Oftalmoloq həmçinin xəstəliyin qarşısının alınmasında eynək və optik linzalar effektivliyi haqqında da məlumat verib. Kontakt linzalar isə infeksiya riskini daha çox artırır:

“Qoruyucu eynəklərin və tam üz qoruyucu plastik maskaların effektivliyini yoxlamaq üçün ABŞ, Böyük Britaniya, Hindistan, və Kolumbiyada tədqiqat aparılıb. Tədqiqatlarda 7567 məhz yüksək risk qrupuna daxil olan tibb işçisi iştirak edib.

Nəticələr qoruyucu vasitələrinin effektivliyini təsdiqlədi: SARS-CoV-2 xəstələnmənin səviyyəsi 96%-dən 40%-dək azaldı. Kontakt linzalara gəlincə isə əksinə, pandemiya dövründə onlardan imtina etmək tövsiyə olunur.
Düzdür, kontakt linzaların taxılması viruslara yoluxma ilə birbaşa əlaqəli deyil. Bununla belə, linzaları olan xəstələr gözlərinə daha tez-tez toxunur, bu da infeksiya riskini əhəmiyyətli dərəcədə artırır”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin