Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 180 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb.
Azərbaycanda indiyədək ümumilikdə 819 518 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 807 967 nəfər müalicə olunaraq sağalıb, 9 886 nəfər vəfat edib, aktiv xəstə sayı 1 665 nəfərdir.
Ölkədə son sutka ərzində 2 718, hazırkı dövrədək isə 7 215 763 test aparılıb.
Bizim.Media