Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bu artım əhali arasında bir sıra şayiələrin yayılmasına gətirib çıxarır. İddia olunur ki, payıza doğru yoluxmalar daha da artacaq və əhali arasında dördüncü doza vaksin məcburi olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Trend.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, hazırda dördüncü doza vaksinin məcburiliyi real deyil.
"Hal-hazırda Azərbaycan COVID-19 vaksinin dördüncü dozası mümkündür. Amma bu könüllülük prinsipi əsasında olur. Əgər şəxsin ən sonuncu vaksinasiyasından 6 ay keçibsə, təkrar vaksinasiya edə bilər. Payız aylarında yoluxma sayı artsa, dördüncü doza vaksin ola bilər. Lakin bunu əvvəldən demək doğru deyil.
Məcburi xarakter o zaman daşıya bilər ki, yoluxma sayı, xəstəxanalara yerləşdirmə ehtiyacı, ağır xəstə riskləri artsın. Əgər xəstəliyin ağırlıq dərəcəsi, xəstəxanaya yatış tələbi artarsa, qarşıdakı günlərdə bəzi məhdudiyyətlər tətbiq oluna bilər.
Təbii ki, bu məhdudiyyətlər arasında təkrar vaksinasiya, dördüncü doza məcburi ola bilər. Amma bu gün üçün mən dördüncü dozanın məcburiliyini real hesab etmirəm",- deyə V.Əliyev bildirib.
Bizim.Media
- A-
- A
- A+
COP29
10:16 / 26.08.2022
Azərbaycanda dördüncü doza vaksin məcburi olacaq? – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda dördüncü doza vaksin məcburi olacaq? – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda dördüncü doza vaksin məcburi olacaq? – RƏSMİ
90512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.