Akademik İvan Pavlov Rusiya səhiyyəsinin atası hesab edilir. Onun irəli sürdüyü Qidalanmanın qızıl qanunlarını illər sonra Avropa və Amerika alimləri təsdiqləyərək, milyonlarla tirajla satılan kitablarına daxil ediblər.
Bizim.Media həmin əsas qaydaları təqdim edir. Hansı ki, biz hamımız onları kobud şəkildə pozuruq, burdenda ürək, mədə-bağırsaq problemləri başlayır.
1. Bir qida qəbulunda yalnız bir tərkibli sadə yemək yeyin
Zülal karbohidratla, karbohidrat şəkərlə qarışdırılmamalıdır. Məsələn makaron ilə ət, çörəklə düyü, düyü ilə toyuq olmaz. Əgər ət yemisizsə, yanında tərəvəz ola bilər. Ətdən sonra növbəti yemək ancaq 2-3 saatdan sonra yeyilə bilər.
2. Bu qidalar uyğun deyil
Balıqla süd, südlə meyvələr,balıq və yumurta, toyuq və süd, mərci, lobya və şirniyyat, bitki yağları və bal – bunlar qətiyyən yola getməz ərzaqlardır. Birlikdə qəbulu olmaz.
Yumurta ilə göbələk, paxlalılarla pendir, südlə yumurta, kartofla çörək də birlikdə yeyilməməlidir
3. Meyvələr ayrıca qidadır və onları digər yeməklərdən ayrı, xüsusən də yeməkdən 1 saat öncə yemək lazımdır. Yeyəndə bir növ meyvə yeyilir.
4. Eləcə də süd və süd məhsulları ayrıca qidadır. Onlar da yeməklərlə birgə yeyilməməlidir. Pendiri göyərti ilə yeyin. Pendiri çörəklə yemək olmaz. (Medcina.az)
Bizim.Media
- A-
- A
- A+
COP29
06:45 / 20.01.2021
Akademik Pavlovdan qidalanmanın qızıl qanunu
Hazırda oxunan: Akademik Pavlovdan qidalanmanın qızıl qanunu
Hazırda oxunan: Akademik Pavlovdan qidalanmanın qızıl qanunu
9032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.