«Peyvənd olunduqdan sonra da maska və sosial məsafə qaydaları öz qüvvəsində qalmağa davam edəcək. Çünki vaksinlər ilk dozada öz təsirini dərhal göstərməyə bilər. Yoluxmamaq və virusu yaymamaq üçün gigiyena qaydalarına bir müddət daha əməl olunacaq».
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə deyib.
G. Quluzadənin fikrincə, COVID-19 peyvəndi pandemiya ilə mübarizədə çox önəmli təsirə malikdir, ancaq normal həyata dönüş üçün biraz daha zamana ehtiyac olacaq:
«Çünki tam güvənli şəkildə normal həyatımıza qayıdış, nə qədər insanın peyvənd olunub immunitet qazanacağına bağlıdır. Bu, zaman tələb edən bir dövrdür. Bu səbəbdən də maska və sosial məsafə qaydalarına müəyyan müddət riayət etməli olacağıq».
Bizim.Media
- A-
- A
- A+
COP29
13:12 / 19.01.2021
"Vaksin ilk dozada dərhal təsir etməyə bilər" - Mütəxəssis
Hazırda oxunan: "Vaksin ilk dozada dərhal təsir etməyə bilər" - Mütəxəssis
Hazırda oxunan: "Vaksin ilk dozada dərhal təsir etməyə bilər" - Mütəxəssis
8971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.