Azərbaycanda bu gündən koronavirusa qarşı peyvəndləməyə başlanılır.
Bizim.Media xəbər verir ki, vaksinasiya iki mərhələ üzrə aparılacaq.
Birinci mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.
İkinci mərhələdə isə, tibbi cəhətdən yüksək risk qrupuna (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar) aid olan şəxslər, yaşı 50 və daha yuxarı olan və ən az bir xroniki xəstəliyi olanlar, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslərə peyvənd tətbiq ediləcək.
Peyvəndləmə əhalinin 40 faizini təşkil edəcək.
Qeyd edək ki, Azərbaycana 4 milyon doza “Sinovac” peyvəndinin gətirilməsi nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
COP29
09:22 / 18.01.2021
Bu gündən Azərbaycanda vaksinləməyə başlanılır
Hazırda oxunan: Bu gündən Azərbaycanda vaksinləməyə başlanılır
Hazırda oxunan: Bu gündən Azərbaycanda vaksinləməyə başlanılır
8815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.