İnsanın ən vacib orqanı ürəyi deyil, beynidir. Əsil insan dedikdə ilk növbədə ağılı və zəkası ilə qarşısındakını heyran qoyan adam göz önünə gəlir. İnsanın beyni, zəkası nə qədər zəngin olarsa o, ətraf mühitə və ətrafdakılara qarşı daha kamil olar və rastlaşdığı problemlərin həllini daha tez tapar.
Beyin hüceyrələrinin yaxşı işləməsi və impulsların bir-birinə maneəsiz ötürülməsinə yardımçı olan bəzi qida məhsulları vardır.
Bizim.Media xəbər verir ki, bunlar aşağıdakı qida məhsullarıdır:
1.Taxıl məhsulları.
Beyin üçün ən yaxşı təsirə malik qida taxıl bitkiləridir. Taxıl bitkilərinin tərkibində qlükoza vardır. O beyin üçün lazım olan enerji və karbohidratları daşıyır.
2. Dəniz məhsulları.
Həftədə 2-3 dəfə balıq yemək beyinin funksiyalarının yaxşı çalışmasına yardımçı olur. Omeqa
3 yağı ilə zəngin olan dəniz məhsulları beyin hüceyrələrinin yenilənməsinə kömək edir.
3. Yemişan meyvəsi.
Yemişan meyvəsinin və çayının tərkibində olan A, B, C vitaminləri, selen, maqnezium, fosfor, sink beyin sinirlərini qoryuyr. Vaxtaşırı yemişandan istifadə edənlərin Alsheymer xəstəliyinə tutulmadıqları söylənilir.
4. Pomidor.
Tərkibindəki fosfor, dəmir, kalsium və başqa mineralların sayəsində pomidor beyin hüceyrələrinə yaxşı təsir göstərir.
5. Brokkoli kələmi.
Tərkibində olan A, B6, B2, B3, C və E vitaminləri, kalsium, maqnezium, fosfor, sink və sodium sayəsində beyin hüceyrələri yenilənir. Gündəlik süfrəsində brokkoli kələmindən istifadə etsəniz bunun nə qədər faydalı olduğunu görəcəksiniz. (milli.az)
Bizim.Media
- A-
- A
- A+
COP29
06:00 / 17.01.2021
İnsanın zəkasını artıran qidalar
Hazırda oxunan: İnsanın zəkasını artıran qidalar
Hazırda oxunan: İnsanın zəkasını artıran qidalar
8737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.