Ürəyə nə zaman stend taxmaq olmaz? – Kardioloqdan ÖZƏL AÇIQLAMA  

Hazırda oxunan: Ürəyə nə zaman stend taxmaq olmaz? – Kardioloqdan ÖZƏL AÇIQLAMA  

87287

Son zamanlar el arasında “ürəyinə stend taxılmış insanların ömrü qısa olur” deyimi ilə bağlı yayılan fikirlər bir çox hallarda insanların ürəklərinə stend taxılmasından imtina etmələrinə səbəb olur.

Müasir tibbin inkişaf etdiyi bir dövrdə insanların qorxularının əsirinə çevrilməsi bəzi hallarda ürəyə müdaxilədən imtina edərək, vaxtsız həyatdan köçmələrinə səbəb ola bilir.

Bununla yanaşı, ürəyində dörd və daha artıq sayda stend daşıyan vətəndaşlar da var ki, normal həyatlarına davam edirlər. Bəs ürəyə taxılan stendin sayının az və ya çox olmasının bu orqanın ürəyin işinə nə kimi təsiri var?
 

MÖVZU İLƏ BAĞLI:

İnfarktdan əməliyyatsız BU ÜSULLA yaxa qurtarmaq olar – Kardioloq Qalib İmanovdan vacib MƏSLƏHƏT


Bu suallara aydınlıq gətirmək üçün kardiologiya üzrə ekspertə müraciət etdik.

Bizim.Media-ya açıqlamasında invaziv kardioloq Qalib İmanov bildirib ki, stend ürək əzələsinin müəyyən hissəsini qidalandıran damarın tutulması və qapanması zamanı tətbiq olunur:

“Xəstəliyin müalicəsinə tez başlanılması həmin şəxsin həyat keyfiyyətinə təsir edən əsas faktordur. Problem nə qədər erkən aşkar olunub, ürəyə stend taxılarsa, həmin nahiyənin qan təchizatı sürətli şəkildə bərpa olunar.

Bu zaman ürək zədələnmir və bunun insanın ömrünə heç bir təsiri yoxdur”.

Ekspertin sözlərinə görə, ürəyə stend tətbiqi zamanı bəzi vacib şərtləri bilmək kardioloq və həmçinin xəstə üçün mütləqdir:

“Təbii ki, stend müəyyən şərtlər altında taxılmalıdır. İnfarkt keçirən bir insanın ürəyinə stend taxılarsa, o artıq ürək çatışmazlığından dünyasını dəyişəcək. Bu baxımdan stend taxılması vaxtında yerinə yetirilməlidir ki, insan onun effektini hiss etsin”.
Ürəyə taxılan stendin sayına gəlincə, invaziv kardioloq burada say məhdudiyyəti olmadığını söyləyib:

“Ürəyin üç böyük damarı və onun şaxələrinə nə qədər mümkündürsə, stend taxıla bilər. Əlbəttə ki, ürəkdə stend sayının artması yaxşı bir əlamət deyil. Stend sayı nə qədər çox olarsa, onun tutulması, ağırlaşması və trambozu da bir o qədər çox olar. Stendin ölçüsü qoyulduğu damarın ölçüsünə uyğun olur. Adətən ürəyə taxılan stendin ölçüsü çox kiçik olur”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin