Ötən həftədə dünyada 6,5 milyondan çox insan koronavirusa yoluxub, 14 mindən çox insan ölüb. Əvvəlki 7 günlə müqayisədə yoluxmaların sayı 9 faiz, ölüm halları isə 3 faiz azalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Qeyd olunub ki, 25-31 iyul tarixləri arasında yoluxma sayı bir əvvəlki həftəyə nisbətən 9% azaldı.
Eyni zamanda 3 faiz az ölüm halları qeydə alınıb. Yeddi gün ərzində 6 565 679 infeksiyaya yoluxub və 14 179 nəfər ölüb.
Avqustun 3-nə olan məlumata görə, ÜST pandemiyanın başlanmasından bəri 557 018 226 koronavirusa yoluxma hadisəsi və 6 401 046 nəfərin ölümü barədə məlumat alıb.
Bizim.Media
- A-
- A
- A+
COP29
09:15 / 04.08.2022
ÜST: “Dünyada koronavirusa yoluxma halları azalır”
Hazırda oxunan: ÜST: “Dünyada koronavirusa yoluxma halları azalır”
Hazırda oxunan: ÜST: “Dünyada koronavirusa yoluxma halları azalır”
86876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.