Yoluxma və ölüm sayı azaldı

Hazırda oxunan: Yoluxma və ölüm sayı azaldı

8618

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 226 549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 213 773 nəfər müalicə olunaraq sağalıb, 2 983-ü vəfat edib, aktiv xəstə sayı 9 793 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 231, ötən müddət ərzində isə ümumilikdə 2 302 843 test aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin