Dünyada koronavirusa yoluxanların sayı 574 milyon nəfəri ötdü

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 574 milyon nəfəri ötdü

85184

Dünyada koronavirusa yoluxanların sayı 574 316 254 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya ayrı-ayrı ölkələrin koronavirusla mübarizə üzrə strukturlarının ümumi statistikasında yer alıb.

Qeyd edilir ki, pandemiya ərzində dünyada 6 401 860 nəfər COVID-19-dan ölüb, eyni zamanda virusa yoluxmuş 544 001 220 insan sağalıb.

Koronavirusa ən çox yoluxma halları ABŞ-da (92 145 839), Hindistanda (43 868 476), Braziliyada (33 555 526), Fransada (33 482 230), Almaniyada (30 331 131) aşkarlanıb.

Dünyada koronavirusdan ən çox ölüm də ABŞ-da (1 051 912) qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Braziliya (676 826 ölüm), Hindistan (525 997), Rusiya (382 118), Meksika (326,968), Peru (213 953), İndoneziya (156 902), Fransa (151 350), Böyük Britaniya (182 727) qərarlaşıb.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin