Qadınlar kişilərlə müqayisədə daha uzun ömür sürürlər. Amma xəstəlik baxımından onlar daha tez-tez xəstələnir. Bəs, qadın sağlamlığına təsir edən qidalar hansılardır?
Bizim.Media xəbər verir ki, Corciya Universitetində bununla bağlı araşdırmalar aparılıb.
Araşdırmalara görə, şirin kartof, kələm, ispanaq, qarpız, bolqar bibəri, pomidor, portağal və yerkökü kimi piqmentli karotenoidləri yüksək olan qidaları qəbul etmək qadın orqanizmi üçün daha faydalıdır.
Rəngli meyvə və tərəvəz yemək görmə probleminin qarşısını almaq üçün xüsusilə vacibdir.
Tədqiqatın nəticələrinə görə, otoimmün xəstəliklərdən tutmuş demensiyaya qədər bir sıra degenerativ xəstəliklər kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir.
Bu zəifliyin səbəblərindən biri qadınların bədənlərində vitamin və mineralları necə saxlamaları ilə bağlıdır. Alimlər qeyd edirlər ki, qadınlarda orta hesabla kişilərdən daha çox bədən yağı var.
Yağlar, xüsusilə hamiləlik dövründə vitamin və minerallar üçün faydalı “anbar” rolunu oynayır. Amma bu “anbar” vitamin tərkibli maddələri özündə daha az saxlayır. Bu isə qadınlarda degenerativ xəstəliklər riskini artırır.
Bizim.Media
- A-
- A
- A+
COP29
02:29 / 17.07.2022
Rəngli meyvə-tərəvəzin qadın SAĞLAMLIĞINA TƏSİRLƏRİ
Hazırda oxunan: Rəngli meyvə-tərəvəzin qadın SAĞLAMLIĞINA TƏSİRLƏRİ
Hazırda oxunan: Rəngli meyvə-tərəvəzin qadın SAĞLAMLIĞINA TƏSİRLƏRİ
84031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.