Əl və ayaq dırnaqları göbələklərin ən çox yayıldığı yerlər arasındadır. Müalicə edilmədikdə isə dırnağı itirməyə belə səbəb ola bilər.
Bizim.Media dırnaqlarda olan göbələkləri müalicə edərək sağaltmağa imkan verən üsulları təqdim edir.
1) Sarımsaq
Sarımsağın tərkibindəki komponentlər dırnağı təmizləyir, infeksiya əlamətlərini aradan qaldırır və səthini daha sağlam edir.
Bunun üçün sarımsağı incə doğrayın və ya əzin. Daha sonra sarımsağı dırnağınıza çəkin və sarğı ilə sarın. Ən azı 45 dəqiqə belə gözləyin. Sonda ərazini ilıq su ilə yuyun. Dırnağınız tam sağalana qədər bu üsulu hər gün tətbiq edin.
2) Alma sirkəsi
Alma sirkəsinin tərkibindəki üzvi turşular infeksiyaya səbəb olan göbələyin inkişafının və çoxalmasının qarşısını alır. Dırnaq göbələyi problemindən əziyyət çəkirsinizsə, problemli dırnağınıza bir parça pambıq köməyi ilə alma sirkəsi çəkin. Sonra həmin pambığı sarğı ilə dırnağınıza bərkidin. Bir gecə belə yatın. Dırnağınız tam sağalana qədər bu üsulu hər gün tətbiq edin.
3) Limon suyu
Limon suyunun tərkibində olan turşular dırnaqları gücləndirir və infeksiya ilə mübarizə aparır. Limon suyunu göbələk problemi yaşadığınız dırnağınıza çəkin. Dırnaqlarınız tam sağalana qədər bu üsulu gündə iki dəfə edin.
4) Zeytun yağı və sarımsaq
Zeytun yağı dərini nəmləndirir və göbələyin yaratdığı qaşıntıları azaldır. Bunun üçün əvvəlcə sarımsağı əzin və bir az zeytun yağı ilə qarışdırın. Sonra bu qarışımı qızdırın və soyumağa qoyun. Bu qarışımı göbələk olan dırnağa nazik təbəqə halında çəkin. Dırnağınız tam sağalana qədər bu üsulu hər gün tətbiq edin. (Axşam.az)
Bizim.Media
- A-
- A
- A+
COP29
01:22 / 06.07.2022
Dırnaqdakı göbələkləri bu üsullarla MÜALİCƏ EDİN
Hazırda oxunan: Dırnaqdakı göbələkləri bu üsullarla MÜALİCƏ EDİN
Hazırda oxunan: Dırnaqdakı göbələkləri bu üsullarla MÜALİCƏ EDİN
82494
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.