Bu qazlı suları yay aylarında içməyin - Mütəxəssisdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu qazlı suları yay aylarında içməyin - Mütəxəssisdən XƏBƏRDARLIQ

80586

İsti yay günləri gəldisə çöldə-bayıra ilk gözümüz gəzən su olur. Bazar-dükanlarda da su çeşidləri nə qədər istəsən var. Qazlı və qazsız demədən alıb başımıza çəkirik. 

Amma işin başqa ciddi tərəfləri də var. Atran tələbat təbii ki, bəzi işbazlar üçün əlavə fürsətlər yaradır. Saxta sular və gigyenik qaydalara uyğun olmayan satış məntəqələrinin sayı da günəşin istisi altında artır. Ən pisi də odur ki, qaynar günəş altında satılan içkilərin çoxu polietilen qablarda olur. Bu isə isti yay günlərində zəhərlənmə risqini xeyli artırır.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən qida üzrə mütəxəssis Sevinc Aslanova bildirib ki, ümumiyyətlə, rəngli və şirin sular insan orqanizminə ziyandır:
 

MÖVZU İLƏ BAĞLI:

Qazlı suların inanılmaz ZİYANLARI – Təzyiq, insult, qocalma, daha nələr?


“Bu barədə çox deyilsə də təəssüf ki, hələlik buna əməl olunmur. Bu gün küçədə gəzən 5 uşaqdan 3-nün əlində rəngli və şirin sular görürük. Bu çox təhlükəli tendensiyadır. Həmin içkilər zaman-zaman öz fəsadlarını göstərir. Uşaqlar böyüdükcə içdikləri rəngli və şirin suların əziyyətini çəkirlər”.

Sevinc Aslanovanın fikrincə, qazlı sular ümumiyyətlə insan orqanizmi üçün zərərlidir. Xüsusilə isti yay günlərində rəngli və qazlı içkilərin istehlakı daha çox təhlükə yaradır. 

“Çünki şirin və rəngli sular əsasən polietilen qablarda olur. Çox zamansa bu sular əhalinin daha çox hərəkət etdiyi yerlərdə səyyar şəkildə satılır. Açıq havada 35-40 dərəcə istidə təbi ki həmin polietilen qablarda kimyəvi reaksiyalar gedir. Bu da zəhərlənmə təhlükəsi yaradır. Ona görə də yaxşı olardı ki, insanlar şüşə qablarda olan sulardan istifadə etsinlər. Polietilen qablarda satılan sulardan uzaq dursunlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin