“Meymunçiçəyi virusu ölkəmizdə bu halda yayıla bilər” – Azərbaycan yeni pandemiyaya hazırdı?

Hazırda oxunan: “Meymunçiçəyi virusu ölkəmizdə bu halda yayıla bilər” – Azərbaycan yeni pandemiyaya hazırdı?

79740

Koronavirus pandemiyasından sonra dünya “meymunçiçəyi” deyilən virusla yenidən ikinci pandemiya qorxusuna qapıldı. Artıq bir neçə ölkədə hətta Azərbaycana qonşu olan Gürcüstanda da sözügedən virusa yolxuma faktı qeydə alınıb. Bu halda virusun ölkəmizdə aşkarlanma ehtimalları da müzakirə mövzusuna çevrilib.

Hazırda ölkəmizdə meymunçiçəyi virusun yayılmaması üçün hansı ciddi tədbirlər görülməlidir? 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Bizim.Media-ya mövzu ilə bağlı aydınlıq gətirib. Onun sözlərinə görə, ölkədə virusla bağlı narahatlığa əsas yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir ölkədə meymunçiçəyi aşkarlandı


“Pandemiya ilə əlaqədar olaraq ölkədə ciddi tədbirlər görülür. Səhiyyə Nazirliyinin açıqlamasında da bu istiqamətdə addımlar atıldığı bildirildi. Yəni COVİD-19 pandemiyası dövrü üçün xarakterik olan addımlar meymunçiçəyi virisunu dəf etmək üçün yetərlidir. Qonşu ölkə Gürcüstanda virusun aşkarlanması insanlarda bir az sözügedən virusla bağlı kiçik təlaşa səbəb olub. Amma narahatlığa əsas yoxdur çünki ölkədə epidemioloji vəziyyət nəzarət altında saxlanılır”.

Həkim-infeksionist Mərdan Əliyev xəstəliyin ilkin ehtimallarını qeyd edərək, meymunçiçəyi virusunun COVID-19 kimi geniş yayılmasının real olmadığını bildirib:

“Virus ilkin olaraq Afrika meşələrində olan meymunlarda yaranıb. Daha sonra isə insanlarla təmasa keçdiyi üçün onlarda da bu xəstəlik yayılmağa başlayıb. Bu xəstəliyə yoluxan insanlarda dəri səpkiləri, qızdırma, baş ağrıları, yorğunluq və ürəkbulanma müşahidə olunur. Virusa yoluxan insanlarda 35-40 dərəcə temperatur qeydə alına bilər. Dəri səpkilərində isə insan bədənində böyük suluqlar əmələ gəlir və daha dərin olur. Hətta sağaldıqdan sonra belə bədəndə müəyyən çapıqlar qalır.

Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ilk öncə xaricdən gələn şəxslərə xüsusi nəzarət edilməlidir.

Bizim ölkəmizdən Afrika ölkələrinə gediş-gəliş çox olmadığı üçün yayılma ehtimalı azdır. Ancaq qonşu ölkələrdə meymunçiçəyi virusu aşkar edilərsə, o zaman Azərbaycanda da yoluxmalar ola bilər. Hazırda ehtimal azdır və adıçəkilən xəstəlik tez yoluxma xüsusiyyətinə malik deyil. Bu virus əsasən toxunma və hava vasitəsi ilə yoluxa bilər.
 

İnsanlar bu virusdan qorunmaq üçün maskadan istifadə etməli və yoluxan şəxsə toxunmamalıdır. Ümumiyyətlə, gigiyenik qaydalara riayət etməklə meymunçiçəyi virusundan qorunmaq olar”, - deyə M.Əliyev açıqlmasında qeyd edib.


Qeyd edək ki, meymunçiçəyi virusu ABŞ, Böyük Britaniya və İspaniya da daxil olmaqla artıq 45 ölkəyə yayılıb. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin