Azərbaycanın səhiyyə naziri Teymur Musayev meymunçiçəyi ilə bağlı əhaliyə müraciət edib.
Bizim.Media xəbər verir ki, nazir açıqlamasında bildirib ki, hələlik meymunçiçəyinin geniş yayılmasına bir səbəb yoxdur.
O bildirib ki, dünyada bununla bağlı iki minə yaxın hadisə qeydə alınıb.
Ancaq indiyədək meymunçiçəyi ilə bağlı birbaşa olan ölüm hadisəsi qeyd edilməyib.
“Fürsətdən istfiadə edərək əhalimizə meymunçiçəyi ilə bağlı müraciət etmək istərdim ki, sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq dursunlar. Bununla da vətəndaşlarımız normal həyat tərzinə davam edə bilərlər”, - deyə nazir qeyd edib.
Bizim.Media