Bəzi insanlar, xüsusən də qadınlar üçün ən böyük təsəlli olan göz yaşının zamanla ən məşhur filmlərin təsirli səhnələrində rejissor və aktyorların silahına çevirildiyini desək, heç də yanılmarıq.
Bəs adi insanların gözündə necə, burada da göz yaşı silah, yoxsa sadəcə hansısa bir hissin ifadə vasitəsi rolunu oynayır?
Adətən uşaqlara böyüklər tərəfindən "ağladıqda axan duzlu su" kimi təqdim olunan göz yaşı doğurudanmı sadəcə duzlu sudan ibarətdir?
Türkiyənin “Ekolgöz” Göz Tibb Mərkəzindən Bizim.Media-ya verilən məlumata əsasən gözyaşının tərkibində olan lizosom fermenti bakteriya və virusları parçalama və məhv etmə xüsusiyyətinə malikdir. Göz yaşına duzluluq verən də məhz lizosomdur.
Lizosom sayəsində göz zərərli-zəhərli faktorlardan və infeksiyalardan qorunur. Həmçinin lizosom çox qüvvətli dezinfeksiyaedici xüsusiyyətə malikdir.
Bu günə kimi böyük tibbin göz yaşı ilə bağlı aça bilmədiyi məqam da məhz onun tərkibindəki dağıdılıcılıq xüsusiyyətinə malik lizosom fermentinin gözləri zədələməməsidir.
Alimlər bunu gözyaşının gözün kimyəvi quruluşuna uyğun şəkildə yaradılması ilə izah etməyə çalışırlar.
Göz yaşının nəmləndiici xüsusiyyəti sayəsində göz qurumur.
Göz yaşları olmadığı təqdirdə nə baş verə bilər?
Göz yaşı istehsal sistemi üç təbəqədən ibarətdir: lipid (yağ) təbəqə, ağ öz (maye) təbəqə və musin.
Əgər göz yaşı istehsal edən sistem mövcud olmasa yaxud işləməsə, göz ilə göz qapağı arasında davamlı bir sürtünmə olar, gözlərimiz bir neçə dəqiqə içində quruyaraq göz qapaqlarımız yapışar.
Nəticədə isə əbədi olaraq göz nurumuzu itirərək kor ola bilərik.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
COP29
18:00 / 04.06.2022
Ağlamasaq, gözlərimiz kor ola bilər - Göz yaşlarının SİRRİ
Hazırda oxunan: Ağlamasaq, gözlərimiz kor ola bilər - Göz yaşlarının SİRRİ
Hazırda oxunan: Ağlamasaq, gözlərimiz kor ola bilər - Göz yaşlarının SİRRİ
77686
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.