“Azərbaycana gətiriləcək peyvəndə böyük ümid bağlayırıq. Amma hər kəs başa düşməlidir ki, vaksin belə sehrli çubuq deyil”.
Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Mütəxəssis qeyd edib ki, bir insan peyvənd vurdurursa, onun bədənində immunitet hələ inkişaf etməyə başlayacaq:
“Misal olaraq, birinci doza vurdurduqdan 14-21 gündən sonra ikinci doza vurulacaq. İkinci dozadan sonra bəlli anticisimlərin əmələ gəlməsini gözləyəcəyik.
Bu, o deməkdir ki, çətin olsa da, bir müddət vaksinasiya prosesindən sonra da tibbi maska istifadə edilməli, əl gigiyenası və sosial məsafəni saxlamaq qaydasına ciddi əməl edilməlidir.
Hamı əlbir olub özümüzü qorumalıyıq.
Çünki birinci dozanı alıb ikinci doza alana qədər, yəni onda immunitet yaranana qədər təhlükədə olacaq. Ona görə də hər kəs bu məsələyə ciddi yanaşmalıdır”.
Bizim.Media
- A-
- A
- A+
COP29
17:53 / 07.01.2021
"Vaksinin birinci dozasını vurdurduqdan 14-21 gün sonra ikinci doza vurulacaq"- TƏBİB
Hazırda oxunan: "Vaksinin birinci dozasını vurdurduqdan 14-21 gün sonra ikinci doza vurulacaq"- TƏBİB
Hazırda oxunan: "Vaksinin birinci dozasını vurdurduqdan 14-21 gün sonra ikinci doza vurulacaq"- TƏBİB
7734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.