Onkoloji xəstələrin müalicəsi icbari tibbi sığorta zərfinə daxil edilə bilər - TƏKLİF 

Hazırda oxunan: Onkoloji xəstələrin müalicəsi icbari tibbi sığorta zərfinə daxil edilə bilər - TƏKLİF 

76951

“İcbari tibbi sığorta üzrə bir sıra problemlər qalmaqdadır”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri 2021-ci il üçün dövlət büdcəsinin müzakirəsi zamanı Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov səsləndirib.  

“Əsas problemlərdən biri, klinikalarda olan müasir tibb avadanlıqları resurslarının sıradan çıxması olub. Bu sahədə 2021-ci ilin büdcəsinin icrasından başlayaraq bir sıra layihələr icra olunub.  

Bununla yanaşı, İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 3 mindən çox müayinə və müalicə daxildir. Lakin onkoloji xəstələrin müalicəsi bura daxil deyil. Düşünürəm ki, onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta zərfinə daxil eilməlidir”, - deyə komitə sədri əlavə edib.  

Millət vəkili sonra qeyd edib:  
 
"Hesab edirəm ki, hər hansı bir xəstəlik icbari tibbi sığortadan kənar qala bilməz və bütün xəstəliklər xidmətlər zərfinə daxil edilməlidir. Digər tərəfdən, yüksək maliyyə tutumlu əməliyyatlar həyata keçirilir, amma icbari tibbi sığorta çərçivəsində növbələr var. Bu problem də həllini tapmalıdır”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin