“Meymunçiçəyi nədən yoluxur?” - TƏBİB açıqladı 

Hazırda oxunan: “Meymunçiçəyi nədən yoluxur?” - TƏBİB açıqladı 

76499

“Meymunçiçəyi təkcə meymunlardan yoluxmur. Meymunlar çox az faiz təşkil edir. Bu xəstəlik daha çox gəmiricilərdən, primatlardan yoluxur”. 

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. 

O bildirib ki, daha çox endemik bölgə Qərbi və Mərkəzi Afrika ölkələridir:  

“Son günlər bu xəstəliyin diqqət çəkməsi artıq digər qitələrdə də bu xəstəliyə yoluxma halının aşkarlanması ilə bağlıdır. Lakin indiyə qədər yoluxma halları Afrika ölkələrindən gələn insanlardan yoluxma halı ilə bağlı olub. Amma indi meymunçiçəyinə tamamilə sərbəst şəkildə yoluxma halları qeydə alınır”. 

N.Mustafayeva qeyd edib ki, insanların da bu xəstəliyi bir-birinə yoluxdurması mümkündür:

“Digər tərəfdən, xəstə insanda olan səpkilərə təmas vasitəsilə də bu xəstəliyə yoluxma qeydə alına bilər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin