Meymunçiçəyi virusuna qarşı peyvənd olmadığı üçün ölkələrin suçiçəyi virusuna qarşı hazırlanmış peyvəndlərdən istifadə edəcəyi gözlənilir.
Avropa İttifaqı səhiyyə rəhbərləri ölkələrə peyvənd strategiyaları hazırlamağı tapşırıb. Çünki 1980-ci ildə qlobal peyvəndləmə aparılan suçiçəyi virusu ilə meymunçiçəyi xəstəliyi arasında genetik oxşarlıq var. Buna görə də suçiçəyinə qarşı peyvənd edilmiş insanlarda meymunçiçəyi xəstəliyinə qarşı bir qədər qorunma yarana bilər.
Artıq ABŞ və Böyük Britaniya da daxil olmaqla bir çox ölkədə meymunçiçəyi xəstəliyinə yluxanlar var. Azərbaycanda da bu xəstəliyin mövcud olması mümkündür.
MÖVZU İLƏ BAĞLI:
ÜST-dən meymunçiçəyinə qarşı vaksinlə bağlı AÇIQLAMA
Məlumdur ki, ölkəmizdə suçiçəyinə qarşı peyvəndlənmə dövlət proqramına salınmayıb və hazırda bu vakinasiyadan Azərbaycanda yoxdur.
Bəs, xəstəlikdən necə qorunacağıq? Peyvənd tətbiqi nəzərdə tutulubmu?
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev Bizim.Media-ya açıqlamasında Azərbaycanda və ətraf ölkələrdə suçiçəyinə qarşı peyvəndin nəzərdə tutulmadığını bildirib.
Qurum rəsmisinin açıqlamasında görünür ki, meymunçiçəyinə qarşı Azərbaycana nə peyvənd gətiriləcək, nə də tətbiqi aparılacaq.
Mütəxəssislərin fikrincə isə vaksinasiya olmadan infeksion xəstəliklərə qarşı mübarizə aparmaq mümkün deyil.
Qeyd edək ki, bu yaxınlara qədər Azərbaycanda suçiçəyinə qarşı peyvəndləmə aparılırdı. Lakin məlum olmayan səbəblərdən hazırda bu vaksinasiya da tətbiq edilmir.
Alçina Amilqızı, Bizim.Media