Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının “Sağlamlıq üçün sülh, sülh üçün sağlamlıq” mövzusuna həsr olunmuş 75-ci sessiyanın ikinci günündə Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxış edib.
Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazir bildirib ki, pandemiyanın başladığı dövrdən Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı çoxtərəflilik, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürüb.
Teymur Musayev Səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə effektiv addımların atılması üçün əsas səhiyyə xidmətlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Buraya müxtəlif tədbirlərlə yanaşı, səhiyyənin universal əlçatanlığının təmin edilməsi üçün fasiləsiz peyvəndləmə proqramlarının davam etdirilməli olduğunu da əlavə edib.
Səhiyyə naziri vurğulayıb ki, Qoşulmama Hərəkatının üzv dövlətləri bu və digər mövzulara dair Təşkilatın sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüslərini alqışlayır.
Bizim.Media
- A-
- A
- A+
COP29
16:23 / 23.05.2022
"Pandemiya ilə mübarizədə effektiv addımlar üçün səhiyyə xidmətləri gücləndirilməlidir - Nazir - FOTO
Hazırda oxunan: "Pandemiya ilə mübarizədə effektiv addımlar üçün səhiyyə xidmətləri gücləndirilməlidir - Nazir - FOTO
Hazırda oxunan: "Pandemiya ilə mübarizədə effektiv addımlar üçün səhiyyə xidmətləri gücləndirilməlidir - Nazir - FOTO
75783
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.