"Hazırda bir neçə ölkədə yoluxma faktı aşkarlanmış “meymun çiçəyi” çiçək xəstəliyinin bir növüdür. İnsandan insana yoluxma faktı daha azdır".
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib.
Şöbə müdiri bildirib ki, Azərbaycanda “meymun çiçəyi” ilə yoluxma halları aşkarlanmayıb:
“Əsas simptomları yüksək hərarət, əzələ ağrıları, boğaz ağrıları, bəzi hallarda öskürək, dəri səpkiləri, qaşıntılardır. Yoluxma tənəffüs yollarından xaric olan damcılar vasitəsilə, dəri səpkilərinin möhtəviyyatı ilə, sıx təmas yolu ilə baş verir.
Çiçək virusuna nisbətən meymun çiçəyi virusunun törətdiyi xəstəliyin gedişatı daha yüngüldür, həmçinin yoluxduruculuq qabiliyyəti də daha zəifdir. Bu virusa qarşı vaksinasiya mövcuddur. Çiçək xəstəliyinə qarşı olan vaksinlər də öz effektini göstərir. Spesifik müalicəsi yoxdur, adətən 2-4 həftə ərzində öz-özünə sağalan bir xəstəlik hesab edilir".
Bizim.Media
- A-
- A
- A+
COP29
16:42 / 20.05.2022
"Meymun çiçəyi"nə qarşı vaksinasiya mövcuddur" - TƏBİB
Hazırda oxunan: "Meymun çiçəyi"nə qarşı vaksinasiya mövcuddur" - TƏBİB
Hazırda oxunan: "Meymun çiçəyi"nə qarşı vaksinasiya mövcuddur" - TƏBİB
75391
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.