TƏBİB-in nizamnamə Fondu müəyyən ediləcək

Hazırda oxunan: TƏBİB-in nizamnamə Fondu müəyyən ediləcək

74195

TƏBİB-in yeni nizamnamə layihəsi və nizamnamə Fondu müəyyən ediləcək. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq fərmanda əksini tapıb. 

Fərmana əsasən, Nazirlər Kabineti TƏBİB-in yeni nizamnaməsinin layihəsini və nizamnamə fondunun məbləğinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. 

Nazirlər Kabineti eyni zamanda əczaçılıq sahəsində dövlət siyasətinin, o cümlədən dərman vasitələrinin dövlət qeydiyyatı və qiymətlərinin müəyyən edilməsi mexanizminin təkmilləşdirilməsinə, eləcə də bu sahədə rəqəmsallaşdırılmanın təmin edilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin